Yaralı satıcı: "İşığı yandıran kimi partlayış baş verdi" (VIDEO)
27
yan
2018
12:12
"Bakının mərkəzində baş vermiş partlayışdan sonra, bu gün səhər 08:50-də 1961-ci il təvəllüdlü Zahid Mahmudov yanıq xəsarətləri ilə xəstəxanaya gətirilib". “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasının nəzdində fəaliyyət göstərən Yanıq Şöbəsinin müdiri Şöhrət Məmmədov deyib. Onun sözlərinə görə, xəstə III A,B və IV dərəcəli xəsarətlər alıb: "Bədən səthinin 90 faizi və tənəffüs yollarının 15 faiz yanığı diaqnozu ilə daxil olub. Xəstənin ümumi vəziyyəti çox ağırdır və hazırda reanimasiyada müalicəsi davam edir. Huşu aydındır. Xəstənin dediyinə görə, səhər işlədiyi dükanın qapısını açaraq içəri daxil olub və işığı yandırarkən partlayış baş verib. Sarğı olunub, yarası təmizlənib, ağrıkəsicilər vurulub, antibakterial terapiya aparılır". BAKU.WS
Oxşar xəbərlər
Bakının mərkəzindəki güclü partlayışla bağlı RƏSMİ AÇIQLAMA
Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğınla əlaqədar məlumat yayıb. BAKU.WS-nın Fövqəladə Hallar Nazirliyin...