Müdir mühafizəçisini döyüb, qulağını qopardı - Azərbaycanda
06
sen
2017
21:47
Azərbaycanda marketlər şəbəkəsinin filial müdiri mühafizəçisini döyüb.BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə Mingəçevir şəhərində yerləşən “5+” supermarketlər şəbəkəsinin 20 yanvar və M.Ə.Sabir küçələrinin kəsişməsində yerləşən filialında baş verib.Belə ki, filial direktoru ilə supermarketin mühafizəçisi arasında mübahisə yaranıb. Nəticədə mühafizəçi, 1980-ci il təvəllüdlü Nurlan Musa oğlu Verdiyev döyülərək ağır bədən xəsarətləri alıb.Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb. Xəstəxanadan “Report”un yerli bürosuna bildirilib ki, o, üz və baş nayihələrindən ağır xəsarətlər alıb: “Xəstənin bir qulağı küt alətlə vurulan zərbə nəticəsində cırılıb və müəyyən hissəsi başından ayrılıb. Onun qulağı əməliyyat olunaraq tikilib. Bundan başqa xəstənin üz və digər nahiyələrində sıyrılmış-cırılmış xəsarətlər olub”.Münaqişənin səbəbi isə mühafizəçinin filial müdirindən marketlər şəbəkəsinin rəhbərliyinə şikayət etməsi olub.Faktla bağlı araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda inanılmaz olay: əmisi arvadını döyərək əlini və ayaqlarını sındırdı
Tovuz rayon sakini əmisi arvadını döyərək xəstəxanalıq edib.BAKU.WS-in "Report"a istinadla verdiyi məlumata görə, hadisə rayonun Alakol kəndində baş verib.Belə...