Yanacaqdoldurma məntəqəsi qarət edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Quba rayonunda yanacaqdoldurma məntəqəsindən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, yanvar ayının 25-də Quba Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən yanacaq doldurma məntəqələrinin birindən 297 manat pulun oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının "isti izlərlə" keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Ə.Əmrahov qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Saxlanılan şəxs törətdiyi əməli etiraf edərək, oğurluq yolu ilə əldə etdiyi pulları xərclədiyini bildirib.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Xaçmazda bu görüntüdən sonra hər şey üzə çıxdı - VİDEO
Xaçmazda evlərdən silsilə oğurluqlar edən şəxs tutulub. Həmin şəxsin əməlləri küçədəki təhlükəsizlik kameralarına da düşüb. Lənkəranda isə qohumunun evini qarət...