Yağışa görə Bakıda 22 yol qəzası baş verib - RƏSMİ AÇIQLAMA

Yağışa görə Bakıda 22 yol qəzası baş verib - RƏSMİ AÇIQLAMA
Hadisə 961
 

Yol və meteoroloji şərait nəzərə alınmadığından oktyabrın 17-də Bakıda maddi zərərlə nəticələnən 22 yol qəzası baş verib.

BAKU.WS xəbər verir ki, bu haqda Modern.az-a Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov deyib ki, eyni zamanda yüngül xəsarətlə nəticələnən bir toqquşma da baş verib. O bildirib ki, polis əməkdaşları təhkim olunduqları ərazi üzrə xidmətlərini davam etdirirlər. V.Əsədov bir daha sürücülərə müraciət edib:

"Sürücülərdən xahiş edirik ki, şəxsi avtomobillərdən mümkün qədər az istifadə olunsun, əsasən ictimai nəqliyyata üstünlük verilsin. Belə havada avtomobilin yüksək sürətlə idarə olunması ətrafda hərəkət edən piyadaların üst-başını çirkləndirməyə səbəb olan hallar yaradır ki, bu da inzibati xəta hesab edilir.

Hava şəraiti nəzərə alınaraq sürət həddi minimuma endirilməli, normadan artıq ara məsafəsi saxlanılmalıdır. Avtomobilin hərəkətə gətirilməsi, dayandırılması mexaniki və avtomatik sürətlər qutusunun hesabına yerinə yetirilməlidir”.

BAKU.WS

Oxşar xəbərlər

Yol polisi yağışın yollardakı fəsadlarından danışdı: Keçilməz olub

Yol polisi yağışın yollardakı fəsadlarından danışdı: Keçilməz olub

Bakıda yağan intensiv yağışlar Bakının inzibati ərazisindəki küçə və prospektlərdə avtomobillərin hərəkətini keçilməz edib. Bu barədə Trend-ə Bakı Şəhər Baş Döv...

1205 Sosial 16:21 17 oktyabr 2016

Son xəbərlər