XTQ-nin şəhid giziri Kürdəmirdə dəfn edilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) giziri, 1991-ci il təvəllüdlü Nəzər Əzizov Kürdəmir rayonunda dəfn edilib.
BAKU.WS Report-a istinadla xəbər verir ki, 31 yaşlı şəhidimizin nəşi doğulub boya-başa çatdığı rayonun Dəyirmanlı kəndindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Mərasimdə N.Əzizovun ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri, sadə vətəndaşlar iştirak ediblər.
Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. N.Əzizov düşmən təxribatının qarşısını alan zaman qəhrəmancasına şəhid olub.
Qalereya
Oxşar xəbərlər
Şəhid Bəxtiyar Muradovla vida mərasimi keçirilir - VİDEO
Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan Bəxtiyar Muradovun nəşi gecə saatlarında ailəsinə təhvil verilib....