Şəhid Bəxtiyar Muradovla vida mərasimi keçirilir - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan Bəxtiyar Muradovun nəşi gecə saatlarında ailəsinə təhvil verilib.
BAKU.WS xəbər verir ki, 19 yaşlı Bəxtiyar Muradovun nəşi vida üçün doğulub boya-başa çatdığı Sumqayıt şəhərinə gətirilib.
Vida mərasimindən sonra B.Muradov Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunacaq.
Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Oxşar xəbərlər
Azərbaycan Ordusunun şəhid əsgəri Bakıda torpağa tapşırılıb - YENİLƏNİB - FOTO
Azərbaycan Ordusunun Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində həlak olan hərbi qulluqçusu, 2003-cü il təvəllüdlü Xudiyev Samir Səməd oğlu dəfn o...