Xocalıda traktor minaya düşüb, xəsarət alan var - YENİLƏNİB - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Xocalı rayonunun işğaldan azad edilmiş ərazisində traktorun minaya düşməsi zamanı bir nəfər xəsarət alıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, avqustun 24-də Xocalı rayonunun işğaldan azad edilmiş Sığnaq kəndi ərazisində təsərrüfat işləri aparan zaman traktorun tank əleyhinə minaya düşməsi nəticəsində 1987-ci il təvəllüdlü Əfqan Ələkbərlinin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib digər zəruri istintaq hərəkətləri aparılıb.
Hazırda faktla bağlı Xocalı Rayon Prokurorluğunda araşdırma aparılır.
***12:24
Avqustun 24-də saat 11:30 radələrində Xocalı rayonunun Mədətkənd kəndi ərazisində təsərrüfat işləri aparılan zaman 1 ədəd traktorun tank əleyhinə minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, partlayış nəticəsində xəsarət alan yoxdur.
Araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Baş prokuror əməliyyat müşavirəsi keçirib
Yanvarın 4-də Baş Prokurorluqda 2018-ci ildə prokurorluğun mərkəzi aparatı tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əm...