Xızıda ağır yol-nəqliyyat hadisəsində ölənlərin kimliyi məlum olub

Xızı rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı ölən qadının kimliyi məlum olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, ölən qadın 1992-ci il təvəllüdlü Türkanə Rafiq qızı Şükürzadədir.
Qeyd edək ki, ötən gün Yaşma qəsəbəsində BMW "X 5" markalı avtomobilin yolun kənarına aşması nəticəsində 1975-ci il təvəllüdlü Rövşən Abdulla oğlu Salamov və 1992-ci il təvəllüdlü Türkanə Rafiq qızı Şükürzadə ölüb.
Qəza nəticəsində daha 2 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Hadisənin səbəbi araşdırılır.
*** 00:25
Xızı rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin kimliyi məlum olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, Yaşma qəsəbəsində BMW "X 5" markalı avtomobilin yolun kənarına aşması nəticəsində 1975-ci il təvəllüdlü Rövşən Abdulla oğlu Salamov və daha bir nəfər (qadın, şəxsiyyəti dəqiqləşdirilir - red) ölüb.
Qeyd edək ki, qəza nəticəsində daha 2 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Hadisənin səbəbi araşdırılır.
** 23:35
Xızı rayonunda 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonun Yaşma qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
BMW "X 5" markalı avtomobilin yolun kənarına aşması nəticəsində 1 nəfər ölüb (şəxsiyyəti müəyyənləşdirilir - red), daha 3 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Hadisənin səbəbi araşdırılır.
Oxşar xəbərlər
İrəvan hərbi polis rəisinin müavini rüşvətə görə saxlanılıb
Ermənistanda Müdafiə Nazirliyinin Hərbi Polis xidmətinin əməkdaşı külli miqdarda rüşvət almaqda ittiham olunaraq saxlanılıb. BAKU.WS "Sputnik Ermənistan"a istin...