Xırdalanda sərnişin avtobus sürücüsünü döydü - ANBAAN VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeronda sərnişin avtobusunda insident baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə bu gün rayonun Xırdalan şəhəri ərazisində 119 saylı marşrut xətti üzrə avtobusda qeydə alınıb.
Belə ki, 10 TG 080 dövlət qeydiyyat nişanlı avtobusa arxa qapıdan daxil olan sərnişinə sürücü marşrut xəttinin kart sistemi ilə fəaliyyət göstərdiyini və ön qapıdan daxil olaraq ödəniş etməsini bildirib.
Bunu qəbul etməyən sərnişin sürücüyə hücum edib, ona yumruqla zərbə endirərək bədən xəsarətləri yetirib.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verilib.
Araşdırma aparılır.
Oxşar xəbərlər
İlham Əliyev BBC telekanalına müsahibə verib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniyanın BBC telekanalına müsahibə verib. BAKU.WS AZƏRTAC-a istinadən müsahibəni təqdim edir. - Pre...