Xırdalanda polis gecə səs-küy salan 10 motosiklet sürəni saxladı - ANBAAN VİDEO
Tədbirlər zamanı yol hərəkəti qaydalarını kobud şəkildə pozan, yüksək səslə küçə və prospektlərdə hərəkət edərək sakinlərin haqlı narazılığına səbəb olan 10 motosiklet sürücüsü saxlanılıb.
BAKU.WS-in məlumatına görə, texniki müayinə zamanı həmin nəqliyyat vasitələrinin bir çoxunun səsboğucularına sürücülər tərəfindən qəsdən müdaxilə edildiyi aşkarlanıb.
Eləcə də avtomobillərdə konstruksiya dəyişikliyinə yol verən 12, sərxoş vəziyyətdə avtomobil idarə edən 2 və sürücülük hüququ olmadan nəqliyyat vasitəsi idarə edən 4 nəfər inzibati məsuliyyətə cəlb olunub.
Həmçinin polis əməkdaşları tərəfindən məişət səs-küyü ilə bağlı 14, tullantıların urnalardan kənara atılmasına görə 6 və digər hüquqpozmalarla əlaqədar 12 fakt aşkarlanıb. Qeyd olunan inzibati xətaları törədən şəxslər barəsində tədbirlər görülüb.
Oxşar xəbərlər
Neftçalada bazarda baş verən yanğın söndürüldü
Neftçala şəhərində bazarda baş verən yanğın söndürülüb. BAKU.WS report-a istinadən xəbər verir ki, bazarın 100 kvadratmetr sahəsi yanaraq yararsız hala düşüb. A...