Xırdalanda çoxmərtəbəli yaşayış binasında yanğın olub - YENİLƏNİB

Xırdalanda çoxmərtəbəli yaşayış binasında yanğın olub - YENİLƏNİB
Hadisə 204

Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın söndürülüb.

BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

***09.38

Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binası yanır.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər