Xəzərə düşən MiQ-29-un “qara qutusu” tapıldı - FOTO
                            
                                19
                                avq
                            
                                2019
                                12:08
                            
                            
                        Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin “qara qutusu” tapılaraq dənizdən çıxarılıb.Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.Verilən məlumata görə, hazırda qurğunun içərisində olan məlumatların əldə edilməsi məqsədilə “qara qutu"nun texniki vəziyyəti öyrənilir.Eyni zamanda təyyarənin qalıqlarının dənizin dibindən çıxarılması üzrə tədbirlər davam etdirilir.      
                    
                    
                    
                    
                    
                    
                    Qalereya
Oxşar xəbərlər
Xəzərə düşən “MİQ-29”un qalıqları dənizdən çıxarılır - FOTO
Xəzər dənizinə düşən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus “MİQ-29” təyyarəsinin qalıqları çıxarılır. BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazir...