Xəzər dənizində zəlzələ olub
13
noy
2024
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Xəzər dənizində 3,3 maqnitudada zəlzələ qeydə alınıb.
BAKU.WS xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Məlumata görə, təbiət hadisəsi yerli vaxtla saat 3:34-də qeydə alınıb. Zəlzələ ocağı 75 kilometr dərinlikdə yerləşib.
Xatırladaq ki, son həftələr Xəzər dənizində seysmoloji aktivlik daha çox müşahidə edilir. Belə ki, oktyabrın 16-da, 18-də, 19-da, 23-də, habelə noyabrın 7-də Xəzərdə zəlzələlər qeydə alınıb.
Oxşar xəbərlər
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
Ələt-Astara avtomobil yolunun Lənkəran rayonunun Göyşaban kəndindən keçən hissəsində, yol kənarında fəaliyyət göstərən "Mandarin" hotelinə silahlı basqın edilib...