Xəzər dənizində narkotik vasitə tapılıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın dəniz sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi, qaçaqmalçılığa qarşı mübarizə və xilasetmə tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, noyabrın 20-də saat 12:05 radələrində Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd gözətçi gəmisi tərəfindən ərazinin müşahidəsi zamanı su səthində 1 ədəd şübhəli bağlama aşkarlanıb.
Bağlamaya baxış zamanı ümumi çəkisi 4 kq 365 qram narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülüb, faktla bağlı əməliyyat-istintaq tədbirlərinə başlanılıb.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan sərhədini pozmağa cəhd olundu: Xəbərdarlıq atəşi açıldı - FOTO
Dövlət Sərhəd Хidməti tərəfindən Xəzər dənizində dövlət sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi və qaça...