Xəzər dənizində 52 yaşlı balıqçı batıb - VİDEO
Xəzər dənizində 52 yaşlı İsgəndər Hüseynov adlı balıqçı batıb.
Yaxınları iddia edirlər ki, iyulun 30-u balıqçı səhər saatlarında qayıqla dənizə açılıb, lakin günorta vaxtlarında onunla əlaqə yaratmaq mümkün olmayıb.
Məlumata görə, qayıqda iki naqil birləşik vəziyyətdə olub, onlardan biri qırılıb, digəri isə yoxdur. İddia olunub ki, İsgəndər Hüseynov dənizdə olarkən tutunmaq istəyən zaman naqil qopub.
"Xəbər verdilər ki, qayıq sahilə gəlib çıxıb, amma içində atam yoxdur, boşdur. Anam mən beş yaşım olanda rəhmətə gedib, bircə atam var idi. Doqquz yaşlı qıza, mənə və beş yaşlı oğluma baxırdı", - batan şəxsin oğlu deyib.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Bakıda dənizdə batan hər 3 yeniyetmənin meyiti TAPILDI - YENİLƏNİB - FOTO/VİDEO
İyulun 11-də Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yaxınlığında nəzarətsiz ərazidə dənizdə batmış 2007-ci il təvəllüdlü Ağayev Ağaşirin Ramin oğlunun cəsədi...