Xəstəlikdən bezən qadın özünü öldürdü

01
apr
2023
14:08
Şəmkirdə intihar hadisəsi olub.
BAKU.WS lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Seyfəli kəndində baş verib.
61 yaşlı T.Fətəliyeva yaşadığı evin həyətində özünü asaraq, həyatına son qoyub.
İlkin məlumata görə, T.Fətəliyeva uzun müddətdir sinir xəstəliyindən əziyyət çəkirmiş. Onun məhz bu xəstəlikdən bezərək özünü öldürməsi ehtimal edilir.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır. İntiharın dəqiq səbəbləri araşdırma nəticəsində bilinəcək.
Oxşar xəbərlər
Xanəndələrin ölümü ilə bağlı ŞOK TƏFƏRRÜATLAR - 3 nəfər də saxlanıldı
Bərdədə törədilən dəhşətli qətl və intiharın düyünləri açıqlamağa başlayıb. Həmin gün, avqustun 1-də gənc xanəndələr Miryusif Mirizadə və Novruz Hüseynovun avto...