Xaricdən gətirilən telefonlar ölkəyə buraxılmadı - FOTO

Xaricdən gətirilən telefonlar ölkəyə buraxılmadı - FOTO
Foto
Hadisə 229

Rusiyadan gələn həmin ölkə vətəndaşının idarə etdiyi "Volvo" və Azərbaycan vətəndaşının idarə etdiyi "DAF FTXF 105" markalı yük nəqliyyat vasitələri "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə saxlanılıb.

Dövlət Gömrük Komitəsindən BAKU.WS-ə daxil olan məlumata görə, baxış zamanı həmin avtomobillərin gizli saxlanc yerlərindən 6 ədəd "İphone 11 Pro Max Midnight Green 256 GB" və 2 ədəd "İphone 11 Pro Max Midnight Green 64 GB" markalı mobil telefonlar aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər