Xankəndidə polisə xəsarət yetirən erməniəsilli şəxsin vəziyyəti AÇIQLANDI
Xankəndidə avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərərək xəsarət yetirən erməniəsilli şəxsin durumu məlum olub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Məlumatda qeyd olunub ki, sentyabrın 14-də Xankəndi şəhərində təxribat törədən erməniəsilli 1967-ci il təvəllüdlü (kişi cinsli) şəxs müxtəlif bədən xəsarətləri ilə Xankəndi şəhərindəki tibb müəssisəsinə hospitalizasiya olunub:
"Həkim-mütəxəssislər tərəfindən pasiyent üzərində cərrahi əməliyyat icra olunub, zəruri instrumental-diaqnostik müayinələr təyin olunub. Hazırda müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyəti kafi olaraq qiymətləndirilir".
Oxşar xəbərlər
Bakıda motoxuliqanlıq edərək sosial şəbəkələrdə video paylaşan şəxs həbs edilib
Bakıda motoxuliqanlıq edərək sosial şəbəkələrdə video paylaşan şəxs həbs edilib. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki,...