Xankəndi və Şuşada xeyli silah-sursat aşkarlanıb
13
iyl
2024
17:21
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Son bir həftə ərzində Xankəndi və Şuşada xeyli silah-sursat tapılıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, həyata keçirilən tədbirlərlə 6-12 iyul tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 9 avtomat silahı, 2 tapança, 4 tüfəng, 8 qumbara, 7 alışdırıcı, 7 süngü-bıçaq, 28 patron darağı, 602 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Şuşa şəhərinin Böyük Qaladərəsi kəndi ərazisindən isə 1 pulemyot, 1 avtomat, 1 tapança və 1 ədəd tüfəng aşkar edilərək götürülüb.
Oxşar xəbərlər
Xankəndi, Xocalı, Laçın və Kəlbəcərdə külli miqdarda silah-sursat tapılıb
İyunun 22-28-də Xankəndi, Xocalı, Kəlbəcər və Laçında külli miqdarda silah-sursat aşkarlanıb. Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, polis...