Xalq artisti Zərnigar Ağakişiyevanın ölümü ilə bağlı ŞOK XƏBƏR - 3 GÜN ƏVVƏL...
09
fev
2018
11:24
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Zərnigar Ağakişiyevanın ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb.BAKU.WS-in lent.az-a istinadən verdiyi məlumata görə, Zərnigar Ağakişiyeva Yasamal rayonu, Hüseyn Cavid prospekti 709 ünvanındakı 19 mərtəbəli yeni tikilinin 3-cü mərtəbəsində yerləşən mənzildə tək yaşayırmış.Son iki gündə yaxınları onunla əlaqə saxlaya bilmədikləri üçün polisə müraciət edib. Həmin ünvana gələn polislər qapının arxadan bağlı olduğunu görüblər və aiddiyyəti üzrə FHN-in xilasetmə xidmətinə müraciət edilib.Xüsusi Riskli Xilasetmə Xidməti əməkdaşları tərəfindən qapı açıldıqdan sonra 73 yaşlı aktrisanın vəfat etdiyi məlum olub. İlkin müayinə zamanı onun 3 gün əvvəl dünyasını dəyişdiyi müəyyənləşib.Z.Ağakişiyevanın son illərdə xəstəlikdən əziyyət çəkdiyi bildirilir. O, xeyli vaxtdır həmkarları ilə ünsiyyətdən qaçırmış və özünə qapanıbmış.BAKU.WS
Oxşar xəbərlər
Xalq artisti Zərnigar Ağakişiyeva evində ölü tapıldı
Azərbaycanın xalq artisti Zərnigar Ağakişiyeva 72 yaşında vəfat edib.Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, aktrisanın cəsədi Bakıda ya...