Reanimasiyaya yerləşdirilən Xalq artisti Sərdar Fərəcovun vəziyyəti açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən Xalq artisti Sərdar Fərəcovun vəziyyəti açıqlanıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Sərdar Fərəcov sentyabrın 6-da, saat 15:10-da Mərkəzi Neftçilər Xəstəxanasına hospitalizasiya olunub.
"Xalq artistinə kəskin miokard infarktı, mədə-bağırsaq qanaması və kəskin ürək çatışmazlığı diaqnozları təyin olunub. Zəruri laborator və instrumental müayinələr icra olunub. Hazırda onun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Xəstənin ümumi vəziyyəti ağır olaraq qiymətləndirilir. Huşu aydın, hemodinamik göstəriciləri stabildir", - deyə açıqlamada bildirilir.
*** 11:23
"Ötən həftənin cümə günündən atamın vəziyyəti ağırlaşdı, Mərkəzi Neftçilər Xəstəxanasına apardıq".
BAKU.WS xəbər verir ki, bunu APA-ya açıqlamasında Xalq artisti Sərdar Fərəcovun qızı Selcan Heydərova deyib.
O bildirib ki, bəstəkar ürək çatışmazlığı ilə yanaşı, böyrək çatışmazlığından da əziyyət çəkir:
"Sentyabrın 5-i səhər işə gedəndə ürəyində narahatlıq yaranıb. Artıq evə gələndə vəziyyətinin kritik olduğunu gördük. Hazırda Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti ağır stabildir".
Oxşar xəbərlər
58 yaşlı kişini maşın vurub öldürdü
Şəkidə piyada ölümü ilə nəticələnən qəza baş verib. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu gün saat 11 radələrində Şəki şəhəri ərazisində Arif Səli...