Xaçmazda yanğın-taktiki təlim keçirilib

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı və Şimal Regional Mərkəzinin iştirakı ilə Xaçmaz rayonu, Xudat şəhərində yerləşən "FoodCity Aqrokompleks" ərazisində "Anbarlarda baş verən yanğınların söndürülməsi və insanların təxliyəsinin təşkili" mövzusunda yanğın-taktiki təlim keçirilib.
Bu barədə BAKU.WS-ə nazirlikdən məlumat verilib.
Bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd anbar tipli obyektlərdə yanğın baş verdikdə əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, mümkün yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.
Təlim zamanı baş vermiş şərti yanğın yerinə operativ çatan Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Şimal Regional Mərkəzinin qüvvələri tərəfindən işçilərin "təhlükəli ərazidən" təxliyə edilməsi və "yaralıların xilas edilməsi", "yanğın" yerində çevik kəşfiyyatın aparılması və "yanğının söndürülməsi" əməliyyatları yerinə yetirilib.
Təlimə ümumilikdə 6 ədəd texnika və 47 nəfərdən ibarət şəxsi heyət cəlb olunub.
Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələrin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.
Qalereya
Oxşar xəbərlər
İntizam Məmmədov həbs olundu
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadənin Yuxarı Seyidlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İntizam Məmmədov inzibati qaydada həbs...
