"Cinsiyyət orqanı tam amputasiya olunub" - Xaçmazdakı cinayətlə bağlı AÇIQLAMA

Mayın 15-i saat 00:30-da Xaçmaz rayonunda xəsarət alan 42 yaşlı kişi şəxs rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, ona xarici cinsiyyət orqanının tam amputasiyası diaqnozu qoyulub.
Xəsarət alan şəxsin müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində davam etdirilir. Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir.
***11:56
Xaçmazda dəhşətli hadisə baş verib.
BAKU.WS xəbər verir ki, hadisə Xaçmaz rayonunun Fərzəli-oba kəndində qeydə alınıb.
Kənd sakini, 41 yaşlı Ş.M cinsi orqanının kəsilməsi, boyun və boğaz nahiyəsindən isə bıçaq xəsarətləri ilə rayon xəstəxanasına çatdırılıb.
Araşdırmalar zamanı ona xəsarət yetirənin həmkəndlisi Səbuhi Mahmudov olması müəyyən edilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Məlumata görə, ayın 14-də saat 23 radələrində Xaçmaz rayonunda 31 yaşlı S.Mahmudov aralarında şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı 42 yaşlı M. Ş-ya kəsici alətlə xəsarət yetirib. Polis əməkdaşları tərəfindən əməli törədən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Əldə etdiyimiz məlumata görə, hadisə söyüş üstündə baş verib.
Oxşar xəbərlər
Mayis Bərxudarova ağır itki
II ordu korpusunun sabiq komandiri, general-leytenant Mayis Bərxudarova ağır itki üz verib. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, Mayis Bərxudarovun...
