Xaçmazda TIR qəzaya düşüb: ÖLƏN VAR

Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS Report-a istinadla xəbər verir ki, hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Mürşüdoba kəndindən keçən hissəsində baş verib.
Belə ki, TIR ("VOLVO") və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində Dağıstan respublikası vətəndaşı, 1978-ci il təvəllüdlü Sultanov Murad Maqamedoviç müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
"VAZ-2107"-nin sürücüsü isə hadisə yerində ölüb. Onun kimliyi hələ məlum deyil və meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Hadisənin təfərrüatı araşdırılır.
Oxşar xəbərlər
Azərbaycanda 15 yaşlı oğlandan azyaşlı məktəbliyə qarşı qandonduran hərəkət: yerə yıxdı və...
Beyləqan şəhərində qətl törətməkdə təqsirli bilinən 2001-ci il təvəllüdlü Elgün Vəlizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU.WS “publika.az” say...
