Xaçmazda səyyar şəkildə pirotexniki vasitələr satan şəxs saxlanılıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə rayon ərazisində pirotexniki və tezalışan vasitələrin gizli şəkildə satışını həyata keçirən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Şəhriyar Məmmədseyidov istifadəsində olan “Priora” markalı avtomobillə səyyar şəkildə pirotexniki vasitələri satarkən polis əməkdaşları tərəfindən iş başında yaxalanıb. Həmin nəqliyyat vasitəsinə baxış keçirilərkən oradan külli miqdarda partlayıcı maddələr və pirotexniki vasitələr aşkarlanıb.
Şəhriyar Məmmədseyidovun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Qalereya
Oxşar xəbərlər
Polis genişmiqyaslı əməliyyat keçirib, saxlanılanlar var - VİDEO
Polis partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin Bakı ərazisində topdan satışının qarşısının alınması istiqamətində ölkəboyu daha bir genişmiqyas...