Avtomobilində pirotexniki vasitələr satan qadın saxlanıldı - FOTO + VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə şəhər ərazisində pirotexniki və tezalışan vasitələrin gizli şəkildə satışını həyata keçirən qadın saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər sakini Vüsalə Adilova “bazar” adlanan ərazidə özünə məxsus “Changan” markalı avtomobilə yığdığı pirotexniki vasitələri satarkən polis əməkdaşları tərəfindən iş başında yaxalanıb.
Şöbəyə dəvət edilən qadının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilərkən yük yerindən külli miqdarda partlayıcı maddələr, pirotexniki vasitələr aşkarlanıb.
V.Adilova barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndərilib.
Qalereya
Oxşar xəbərlər
Mingəçevirdən Balakənə pirotexniki vasitələri satmağa gələn şəxslər saxlanılıb - FOTO
Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı əhalinin istirahətinə maneə yaradan partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitə...