Xaçmazda canavarların yaraladığı heyvanlar peyvənd edildi

Xaçmazda canavarların yaraladığı heyvanlar peyvənd edildi
Hadisə 413
Xaçmaz rayonunda fərdi təsərrüfata hücum edən canavarların yaraladığı heyvanlar quduzluğa qarşı peyvənd edilib və onlar üzərində müalicə işləri aparılıb.BAKU.WS xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli məlumat verib.Xidmətdən bildirilib ki, Xaçmaz rayonunun Bəbəli kəndinin sakini Rəhman Məmmədovun tövləsinə hücum edən canavarlar 15 baş qoyun-quzunu parçalayaraq öldürüb, 15-ni isə yaralayıb.Xaçmaz Rayon Baytarlıq İdarəsinin əməkdaşları hadisə yerinə baxış keçiriblər. Ölmüş heyvanlar sahibkarın vəsaiti hesabına, müəyyən edilmiş ərazidə basdırılıb və ərazi dezinfeksiya edilib.

Oxşar xəbərlər

Rusiyada çiçək xəstəliyi yayıldı - Azərbaycan təcili hərəkətə keçdi

Rusiyada çiçək xəstəliyi yayıldı - Azərbaycan təcili hərəkətə keçdi

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının(OİE) məlumatına görə, Rusiya Federasiyasının Samara, Kurqan və Çelyabinsk vilayətlərində iribuynuzlu heyvanlar arasında...

1607 Sosial 11:08 11 sentyabr 2018

Son xəbərlər