Xaçmazda avtomobil dərəyə aşdı, xəsarət alanlar var

Xaçmazda avtomobil dərəyə aşdı, xəsarət alanlar var
Hadisə 66

Xaçmaz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Nağıoba kəndindən qeydə alınıb.

Belə ki, “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində Xaçmaz rayon sakinləri, 2004-cü il təvəllüdlü Laçınov Seyfulla Tərlan oğlu və Tarıverdiyev Davud İlham oğlu xəsarət alıblar.

Hər iki yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər