Vüqar Biləcərinin atası: "Toy edəcəkdim..." - VİDEO

Vüqar Biləcərinin atası: Toy edəcəkdim... - VİDEO
Video
Hadisə 5

"Bu cür vəziyyətdə onun qəbri üstünə gəlirəm. Bura gəlib ağlayıb-ağlayıb, gedirəm. Hər dəqiqə, hər saniyə yeri görünür. Həm özü, həm də anası getdi. Dözə bilmədi. Kim dözər? Hansı ana-ata dözər? Mən heç nə bilmirdim. Onu elə edənlərin Allah evini yıxsın. Vüqardan yox idi. Onu istəməyənlər çox idi. Çünki hər gün qabağa gedirdi. Heyif! Heç bir arzusuna nail ola bilmədi".

BAKU.WS xəbər verir ki, bu sözləri mərhum meyxanaçı Vüqar Biləcərinin atası Zakir bəy "Maqazin plus"a açıqlaması zamnaı bildirib. O övladına saölığında toy edib evləndrimək istədiyini bildirib:

"İstəyirdim onun üçün toy edim. Evləndirmək istəyirdim. Ailəsi olmadı. Həyatdan nakam getdi. Toy edəcəkdim. Bir nəvə görərdim. Özü elədi. Həyatda heç nə görmədi. 7 yaşına qədər hər il onun üçün bir qurban kəsirdim. O mənim oğlum deyildi. Elə bil ki, dostum, qardaşım idi".

Qeyd edək ki, Vüqar Biləcəri 2020-ci ilin avqustunda vəfat edib. O 33 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. 2014-cü ildə “De, Gəlsin” meyxana yarışmasında iştirakı ilə məşhurlaşan meyxanaçı Hökməli qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər