Vətəndaşın telefonunu oğurlayıb mobil tətbiqə müdaxilə edən şəxsi polis saxladı
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Suraxanı rayonunda talama cinayətləri qeydə alınıb. Naməlum şəxs axşam saat 23 radələrində Hövsan qəsəbə sakininin evinin qarşısında saxladığı "Daewoo" markalı avtomobildən əvvəlcə telefonunu, sonra isə mobil bank tətbiqindən 1029 manatını oğurlayıb.
BAKU.WS-in məlumatına görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlə 32 yaşlı S.Quluzadə şübhəli şəxs qismində saxlanılıb.
Rayon ərazisində keçirilən digər tədbir zamanı isə iki marketin qapısını qıraraq içərisindən 2400 manat, 2220 manat dəyərində lotereya biletləri, tütün məmulatları və digər məhsulları oğurlamaqda şübhəli bilinən 35 yaşlı Ş.Eybatov da saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Məktəbdə jurnalistləri döyən şəxs boksçu imiş - Detallar
Ötən gün Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə "Real" TV-nin çəkiliş qrupuna hücum olub. BAKU.WS "Trend"ə istinadla xəbər verir ki, hadisəd...