Vətən Müharibəsi Qəhrəmanının ailəsi üçüncü oğlunu itirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun ailəsinə ağır itki üz verib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, şəhidin qardaşı Elnur Əkbərov dünyasını dəyişib.
Bu gün axşam saatlarında onu halı qəfil pisləşib və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin ehtimala görə, 38 yaşlı şəhid qardaşı ürəktutmadan vəfat edib.
Mərhum bu gün rəhmətə gedən, həmyerlisi Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimovun dəfn mərasimində olub.
Vətən Müharibəsi Qəhrəmanı O.Əkbərovun digər qardaşı Taleh Əkbərov isə bu ilin mayında dünyasını dəyişmişdi.
Qeyd edək ki, Orxan Əkbərov 2020-ci ilin oktyabrın 7-si Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. O, ölümündən sonra çoxsaylı medallarla təltif edilib.
Oxşar xəbərlər
Azərbaycanda qoşulub qaçan cütlük ot tayasından tapıldı
Sabirabad rayonunda 17 yaşlı oğlanın yeniyetmə qızı qaçırmasının təfərrüatı məlum olub. BAKU.WS Oxu.Az-a istinadən bildirir ki, Cavad kənd sakini olan 17 yaşlı...