Vətən müharibəsi iştirakçısı vəfat etdi
Vətən müharibəsi iştirakçısı, Azərbaycan Ordusunun baş giziri Əsədov Heydər Məmmədağa oğlu vəfat edib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkən H.Əsədov sakini olduğu Biləsuvar rayonunda dünyasını dəyişib.
O, hərbi tibb kollecində təhsil alıb. Bir çox hərbi hissələrdə tibb məntəqəsində çalışıb.
Tovuz, Aprel döyüşlərinin də iştirakçısı olan Heydər Əsədov Vətən müharibəsində göstərdiyi şücaətlərinə görə çoxsaylı medallarla təltif olunub.
Qeyd edək ki, 46 yaşlı H.Əsədov 25 illik vətənə xidmətini yenicə başa vurmuşdu.
Ailəli idi, 3 qız övladı vətənə əmanət qaldı.
Oxşar xəbərlər
19 yaşlı Zeynəbin qətlindən əvvəl müəmmalı səs: ŞAHİD DANIŞDI
Hacıqabul şəhərində törədilən dəhşətli qətlin təfərrüatı məlum olub. Hadisə şəhərin Sabir Almazov küçəsində "Mercedes" markalı avtomobildə baş verib. Hacıqabul...