Velosiped oğruları ƏLƏ KEÇDİ - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində metronun “28 May” stansiyasının yaxınlığında yerləşən parkinqdən silsilə velosiped oğurluqları edən şəxslər tutulublar.
Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, tədbir zamanı Sərxan Əhmədov və Şahverdi Zeynalov saxlanılaraq məsuliyyətə cəlb olunublar.
Onlar ifadələrində ayrı-ayrı vaxtlarda qeyd edilən ərazidən 5 nəfərin velosipedini oğurlayaraq satdıqlarını bildiriblər.
Hadisələrlə bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsində araşdırmalar aparılır. Saxlanılan şəxslərin digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir. Sərxan Əhmədov və Şahverdi Zeynalovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki səhifələrinə məlumat verə bilərlər.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...