Valideynləri tərəfindən döyülərək küçəyə atılan 13 yaşlı qıza narkotik maddə də çəkdiriblər
Valideynləri tərəfindən döyülən 13 yaşlı Aysu evdən qaçaraq narkotikə qurşanıb.
BAKU.WS xəbər verir ki, bu barədə bloger Nail Kəmərli sosial şəbəkədə video paylaşıb.
13 yaşlı qız qeyd edib ki, ailəsi tərəfindən şiddət gördükdən sonra evdən qaçıb daha sonra bir oğlanla tanış olub.
Həmin şəxs onu narkotik maddə çəkməyə və içki içməyə məcbur edib. Aysu 1 ay 3 gündür ki, küçələrdə qalır. O evə getmək istəmir ki, valideynləri onu pul qazansən deyə döyəcəklər.
Aysu heç vaxt orta məktəbə getməyib. Qalmağa yeri olmayan azyaşlı sığınacağa yerləşdirilməsini istəyib.
Onun anası şəkər xəstəsidir. Atasının isə gözləri görmür.
Ətraflı videoda:
Oxşar xəbərlər
Vnukovo hava limanında azərbaycanlılar çıxılmaz vəziyyətdə qalıblar
Rusiyanın paytaxtı Moskvanın Vnukovo hava limanında Bakıya uçuşlarını gözləyən azərbaycanlılar çıxılmaz vəziyyətdə qalıblar. Bu barədə aeroportda qalan soydaşla...