Uzun müdddət görmədiyi tanışını klubda bıçaqladı

Uzun müdddət görmədiyi tanışını klubda bıçaqladı
Hadisə 1136

Bakı Ağır Cinayətlər Məhkəməsində gecə klubunda keçmiş tanışını bıçaqlayan Xanlar Abudova hökm oxunub.

BAKU.WS "qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Cavid Hüseynovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə X. Abudova şərti cəza verilib və o istintaq zamanı azadlıqda olduğu üçün sərbəst qalıb.

İttihama görə, hadisə 2018-ci il mart ayında Yasamal rayonu, İzmir küçəsində yerləşən "Solfeggio Lounge & Club"da baş verib.

X. Abudov gecə saatlarında 1991-ci il təvəllüdlü Rəhimov Tərlan Aydın oğlu ilə həmin klubda rastlaşıb.

Onlar arasında çoxdan şəxsi ədavət olub. Ancaq uzun müddət bir-birini görməyən gənclər təsadüfən gecə klubunda rastlaşıblar. Əlbəyaxa davadan sonra Xanlar Tərlana bir neçə bıçaq zərbəsi vurub, xəstəxanaya yerləşdirilən X. Abudovun həyatını xilas etmək mümkün olub.

BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Məşhur gecə klubunda şəxsi ədavət - MƏHKƏMƏ İŞİ

Məşhur gecə klubunda şəxsi ədavət - MƏHKƏMƏ İŞİ

Bakı Ağır Cinayətlər Məhkəməsində gecə klubunda cinayət törədən şəxsin məhkəməsi başlayıb.BAKU.WS AZƏRTAC-a istinadən bildirir ki, cinayət məcəlləsinin 126.1-ci...

1706 Hadisə 10:48 22 sentyabr 2018

Son xəbərlər