Ürəyindən bıçaqlanaraq öldürülən şagirdin FOTOSU
Xəbər verdiyimiz kimi, ötən gün Cəlilabad rayonunun Xəlilabad kəndində 17 yaşlı S.Ə. sinif yoldaşı, yaşıdı Kənan İmanzadəyə bıçaqla xəsarət yetirib. Ağır yaralanan yeniyetmə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
BAKU.WS xəbər verir ki, İTV-yə danışan Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının həkimi bildirib ki, Kənan Əhəd oğlu İmanzadə döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş boşluğa keçən yarası ilə xəstəxanaya qəbul olunub.
"Xəstəyə baxıldı və təcili əməliyyata salındı. Torakotomiya olunduqdan sonra ürəyinin sağ mədəciyinin kəsilmiş-deşilmiş yarası, ürəyin tamponadası aşkarlandı. Ürək yarası tikildi. Aparılan reanimasyon tədbirlərə baxmayaraq, ölüm halı qeydə alındı", - deyə həkim əlavə edib.
Daha ətraflı videomaterialda:
Oxşar xəbərlər
Gəncədə restoranda qətllə bağlı 7 nəfər saxlanılıb
Gəncədə restoranda baş verən qətlə görə 7 nəfər həbs olunub. BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, buna səbəb həmin şəxslərin hadisə baş verən an iaşə oby...