Ukraynalı model İtaliyada həlak oldu - FOTO

Ukraynalı model İtaliyada həlak oldu - FOTO
Foto
Hadisə 7

İtaliyada 21 yaşlı, ukraynalı model Anna Kraevskaya avtomobil qəzasında ölüb.

BAKU.WS xəbər verir ki, bu barədə Fransanın “La Repubblica” qəzeti məlumat yayıb.

Bildirilib ki, model və yanındakı serbiyalı DJ Style "Ferrari" markalı maşınla Piemont şəhərində qəzaya uğrayıblar.

200 km/saat sürətlə gedən avtomobil yolda hasara çırpılıb və alovlanmağa başlayıb.

Onlar hadisə yerində keçiniblər.

Qeyd olunub ki, Odessada anadan olan Kraevskaya İsveçrədə yaşayırdı, Dj Style Q isə İsveçrə klubunda çıxış edirmiş.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər