Ukraynada müharibə neçə uşağın həyatına son qoydu?
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayandan indiyədək 38 uşaq həlak olub, 71 uşaqsa yaralanıb.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın insan hüquqları üzrə müvəkkili Lyudmila Denisova “Telegram”da məlumat verib.
Onun sözlərinə görə, bu məlumatlar tam deyil. Belə ki, Donetsk vilayətinin Mariupol şəhəri və Kiyev vilayətinin İrpen şəhəri sakinlərindən bu gün ölən və yaralananların sayı barədə hələlik dəqiq məlumat yoxdur.
“Mən beynəlxalq insan haqları təşkilatlarını Ukraynaya qarşı müharibəni dayandırmaq üçün Rusiya Federasiyasına təzyiqi artırmaq məqsədilə bütün mümkün tədbirləri görməyə çağırıram”, - Ombudsman qeyd edib.
Oxşar xəbərlər
Ombudsman ermənilərin Gəncə və digər əraziləri atəşə tutmasının ildönümü ilə bağlı bəyanat yayıb
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhəri və digər ərazilərini atəşə tutm...