Ukraynada kafedə azərbaycanlı qız üstündə qardaşını bıçaqladı

02
avq
2019
12:21
Ukraynanın Sumsk vilayətinin Konotop şəhərində azərbaycanlılar arasında bıçaqlanma hadisəsi baş verib.BAKU.WS xəbər verir ki, bu barədə Konotop şəhər prokuroru Yuliya Volosyuk məlumat verib.Onun sözlərinə görə, yerli kafelərin birində spirtli içki qəbul edən əslən azərbaycanlı olan iki nəfər arasında qadın üstündə mübahisə düşüb.Mübahisə tərəfləri doğma qardaş olsalar da, bir-birinə xəsarət yetirməkdən çəkinməyib.Doğma qardaşına qarın və baş nahiyəsindən bıçaq zərbəsi endirən azərbaycanlı daha sonra hadisə yerindən qaçıb. 31 iyul gecə saatlarında baş verən olaydan sonra yerli polis əməkdaşları xəsarət yetirən şəxsi yaxalayıb.
Oxşar xəbərlər
Şəmkirdə mübahisə zəmnində qardaşını bıçaqladı
Şəmkir rayonunda qardaş-qardaşını bıçaqlayıb.BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata əsasən hadisə rayonun özündə eydə alınıb.Hafiz Əliyev bıçaq yarası ilə...
