Ukraynada azərbaycanlı zabit ağır yaralanıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Ukraynaya hücumu nəticəsində ölkədə gedən müharibədə azərbaycanlı zabit ağır yaralanıb.
BAKU.WS Report-a istinadla xəbər verir ki, Donetsk vilayəti istiqamətində gedən döyüşlərdə Ukrayna ordusunun xüsusi təyinatlı qüvvələrinə məxsus hissələrdən birinin baş leytenantı, əslən Azərbaycanın Göyçay rayonundan olan Ağayev Əlixan Ruslan oğlu ağır yaralanıb.
Xüsusi igidliyi ilə seçilən Ə.Ağayev ağır döyüşdə yaralanıb. O, hazırda Ukraynanın arxa cəbhədəki hospitallarından birinə yerləşdirilib, vəziyyəti normaldır. Ukrayna vətəndaşı olan azərbaycanlı zabit Dnepropetrovskda doğulub boya-başa çatıb.
Oxşar xəbərlər
Evinə qonaq gələn şəxsi balta ilə öldürdü - VİDEO
2019-cu il aprelin 28-i əvvəllər dəfələrlə məhkum olunan Ruslan İlyasov aralarında yaranmış mübahisə zamanı evinə qonaq gəlmiş Sergey Musayevi öldürüb. İstintaq...