Ucuz qiymətə avtomobil satmaq adı ilə insanları aldadan şəxs ƏLƏ KEÇDİ
Yeniliklərdən dərhal xəbərdar olun
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində dələduzluq etməkdə şübhəli bilinən Azər Əliyev saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, adıçəkilən şəxs müxtəlif markalı avtomobillərin şəkillərini özünə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək, dəyərindən ucuz qiymətə satılması barədə elan saytlarında məlumatlar yerləşdirib.
Zərərçəkənlərdən "beh" qismində müxtəlif məbləğlərdə pul əldə etdikdən sonra isə A.Əliyev onlarla əlaqəni kəsib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Məktəbin həyətində yaranmış kanalizasiya problemi aradan qaldırıldı
Xırdalan şəhər 3 nömrəli tam orta məktəbin həyətində yaranmış kanalizasiya problemi aradan qaldırılıb. Bu barədə Regional Su Meliorasiya QSC Mətbuat və İctimai...