Ucarda qadının qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb

Ucarda qadının qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb
Hadisə 99

İyunun 3-də Ucar rayon sakini 1996-cı il təvəllüdlü Rüfət İlyaszadənin xəsarət alması və 1995-ci il təvəllüdlü Könül Əliyevanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə BAKU.WS-ə Ucar rayon prokurorluğundan məlumat verilib.

Aparılmış araşdırmalarla 1988-ci il təvəllüdlü Anar Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı rayon ərazisində yerləşən avtomobil yuma məntəqələrinin birində Rüfət İlyaszadəyə xəsarət yetirməsi, daha sonra yaşadığı evə gələrək arvadı Könül Əliyevaya kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi başlanıb. Anar Əliyev prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İbtidai istintaq davam edir.

Oxşar xəbərlər

"Arvadım yad kişilərlə evimə kamera quraşdırıb..." - Gəncədə dəhşətli hadisə

"Arvadım yad kişilərlə evimə kamera quraşdırıb..." - Gəncədə dəhşətli hadisə

Gəncə şəhərində 1994-cü il təvəllüdlü Ayaz qısqanclıq zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Könülü (adlar şərti verilib - red.) öldürməyə cəhd edib. B...

446 Hadisə 18:00 22 aprel 2023

Son xəbərlər