Dron hücumu zamanı ölən azərbaycanlının nəşi vətənə gətirilir
Ukraynanın Rusiyanın Bryansk vilayətinə dron hücumu nəticəsində həlak olan azərbaycanəsilli şəxsin yaxınları danışıb.
BAKU.WS APA TV-yə istinadən xəbər verir ki, Ucar rayonunun Boyat kəndində anadan olmuş Hüseyn Əlimusağlu Mussaliyevin avtomobili dron hücumuna məruz qalıb.
"Ticarətlə məşğul idi. Orada bir başqa bir həmyerlimizlə oturub yeyib-içiblər. Axşam onu evinə aparırmış. Maşını sürən də başqa bir adam olub. Dron gəlib onun oturduğu hissədən düşüb, partlayıb", - deyə mərhumun qohumu Yadigar Həsənov bildirib.
Qeyd edək ki, ağır xəsarət alan həmyerlimiz xəstəxanada həyatını itirib. Mərhum ailəli olub. İki azyaşlı övladı var.
Bildirilir ki, həmyerlimizin nəşinin bu gün - sentyabrın 25-də Azərbaycana gətiriləcəyi və doğulduğu kənd qəbiristanlığında dəfn olunacağı planlaşdırılır.
Oxşar xəbərlər
Tərtərdə evə gec gələn kişi arvadını döyüb xəstəxanalıq etdi
Tərtər rayonunda taksi fəaliyyəti ilə məşğul olan kişi həyat yoldaşını döyüb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Seydimli kəndində baş ve...