Ucarda bir ailənin 3 üzvü qəzaya düşüb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ucarda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Azərbaycan küçəsində qeydə alınıb.
1975-ci il təvəllüdlü Namiq Sabir oğlu Əliyevin idarə etdiyi "Nissan" markalı minik maşını Rasif Seyidovun idarə etdiyi "VAZ-2106" markalı maşınla toqquşub. Nəticədə sürüsü N.Əliyevin anası, 1948-ci il təvəllüdlü Əsmayə İslam qızı Qasımova, qızları - 2008-ci il təvəllüdlü Fəxri və 2012-ci il təvəllüdlü Şəxri Əliyevalar müxtəlif xəsarətlər alıblar. Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Xaçmazda bir ailə qəzaya düşüb
Xaçmaz rayonunda avtomobil qəzası baş verib. BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Ağyazıbuduq kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsi...