Cəlilabadda yol qəzası: ölən və yaralananlar var

15
yan
2020
20:49
Cəlilabad rayonunda yol qəzası baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında qeydə alınıb.
İlkin məlumata görə, "Ford" markalı yük avtomobili ilə "VAZ-2106" markalı minik avtomobili toqquşub. Nəticədə şəxsiyyəti hələlik müəyyən edilməyən bir nəfər ölüb. İki nəfər - Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Tahirov Yaşar Ərəb oğlu və Şəki rayon sakini, 1974-cü il təvəllüdlü Bədəlova Gültəkin Əyyub qızı yaralanıb. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Yevlaxda ağır yol qəzasında ölənlərin şəxsiyyəti məlum olub - VİDEO (YENİLƏNİB)
Yevlax rayonunda baş vermiş ağır yol qəzasında ölən digər şəxlərin kimliyi məlum olub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Qaraməmmədli kəndində baş ver...
