Gədəbəydəki qəzada oğul öldü, ata ağır yaralandı

Gədəbəydəki qəzada oğul öldü, ata ağır yaralandı
Hadisə 251

Gədəbəydə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun mərkəzin qeydə alınıb.

Hərəkətdə olan “Volkswagen Passat” və “VAZ-2109” markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı “VAZ 2109”un sürücüsü, 1975-ci il təvəllüdlü Fərman Həsənov İsa oğlu və onun atası 1936-cı il təvəllüdlü İsa Həsənov Afdandil oğlu ağır xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Həkimlərin səyinə baxmayaraq, Fərman Həsənovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər