Türkiyədə kişi azərbaycanlı həyat yoldaşını güllələdi - FOTO

Türkiyədə kişi azərbaycanlı həyat yoldaşını güllələdi - FOTO
Hadisə 286

Türkiyənin İstanbul şəhərində Özal Toraman adlı şəxs azərbaycanlı həyat yoldaşı Cəmilə Toramanı güllələyib.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə şəhərin Maltepe ərazisində baş verib.

Özal Toraman özəl xəstəxanada tibb işçisi olan arvadı Cəmilə Toramanla mübahisə edib. Sonra əkiz qızlarını evin bir otağına kilidləyib arvadına tapança ilə atəş açıb. Hadisə zamanı Cəmilə Toraman yaralanıb.

Hadisədən sonra Özal Toraman da eyni silahla intihara cəhd edib.

Qonşuların xəbərdarlığı ilə hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib. Yaralı cütlük təcili yardımla ətrafdakı xəstəxanaya aparılıb.

Türkiyədə kişi azərbaycanlı həyat yoldaşını güllələdi - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər