Türkiyədə İŞİD əməliyyatı: 14 azərbaycanlı saxlanıldı (VİDEO, FOTO)

Türkiyədə İŞİD əməliyyatı: 14 azərbaycanlı saxlanıldı (VİDEO, FOTO)
Video
Hadisə 1269

 

Türkiyənin Adana şəhərində İŞİD terror təşkilatına qoşulmaq istəyən 38 nəfər saxlanılıb.

BAKU.WS-in məlumatına görə, polis bir evdə çox sayda əcnəbi vətəndaşların qaldığı və buradan da Suriyaya gedəcəkləri xəbərini öyrənib. Evə edilən basqında Azərbaycan, İndoneziya, İraq, Qırğızıstan, Tacikistan, İran və Əfqanıstan əsilli 15-i uşaq, 10-u qadın, 13-ü kişi olmaqla, ümumilikdə 38 nəfər ələ keçirilib. Saxlanılanlardan 14-ü Azərbaycan əsilli şəxslər olub.

Polis bu şəxslərə yardım edən H. Ö və İ.G. adlı iki adamı da saxlayıb. Xarici vətəndaşların polis şöbəsinə aparılaraq ifadələri alınıb. Saxlanılan şəxslər Adanaya turistik məqsədlə gəldiklərini söyləyiblər. Qucağında körpə uşağı ilə İŞİD-ə qoşulmaq istəyən qadın xüsusilə diqqət çəkib.

Dindirildikdən sonra həmin şəxslər xəstəxanada sağlamlıq testindən keçirilib. Jurnalistlərin çəkiliş etməsindən narahat olan əcnəbilər kəskin reaksiya göstərərək "Film çəkirsiniz? Niyə çəkirsiniz?" deyiblər. Saxlanılan şəxslər prosedur yekunlaşdıqdan sonra ölkələrinə deportasiya edilib. 

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər