Tüfənglə çoban itini vuran şəxs saxlanıldı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Şabranda tüfənglə çoban itini vuran şəxs saxlanılıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Bildirilib ki, Şabran Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Malyan otlaq sahəsində fermaya məxsus bir baş çoban itinin tüfənglə vurulması barədə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən rayon sakini saxlanılıb.
Həmin şəxsdən 1 ədəd sənədsiz tüfəng aşkar edilərək götürülüb.
Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Kişi həmyerlisini tüfənglə hədələyib, itini öldürüb
Şabran sakini həmyerlisini tüfənglə hədələyib, itini öldürüb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib. Bildirili...