Toylara görə 14 nəfər cərimələnib

Toylara görə 14 nəfər cərimələnib
Hadisə 26

Həftəsonu toylara görə 14 nəfər cərimələnib, 217 nəfər şənliyə buraxılmayıb.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, 5-6 fevral tarixlərində DİN-in, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 668 toy şənliyinin monitorinqini həyata keçirib.

Monitorinq 657 şadlıq sarayında, 11 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 14 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 2 nəfər barəsində toplanmış materiallar məhkəməyə göndərilib, 217 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər